niyazi_buxi.e.n., dosent İsmayılov Niyazi Musa oğlu

11 fevral 1963-cü ildə Azərbaycan Respubli­kası Göyçay rayo­nu­nun Çərəkə kəndində anadan olmuşdur. 1980-ci ildə Ucar şəhər 1 saylı orta məktəbini bi­tirmişdir. 1981-1983-cü illərdə ordu sıraların­da xidmət etmişdir.

1984-cü ildə D.Bünyadzadə adına Azərbay­can Xalq Təsər­rü­fatı İnstitutu­nun Uçot-iqtisad fakültəsinin əyani şöbəsinə «Mühasibat uçotu və təsər­rü­fat fəaliy­yə­tinin təhlili» ixtisası üzrə qəbul olunmuş və 1988-ci ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını «Lenin təqaüd­çü­sü» kimi fərqlənmə diplomu ilə bitirərək tam ali təhsil almışdır. 1988-ci ildə «Təsər­rüfat fəaliy­yəti və isteh­salın səmərəliliyinin təh­lili» kafedrasına işə qəbul olunmu­şdur.

29 dekabr 1992-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetin­də 08.00.12 «Mühasibat uçotu, statis­ti­ka» ixtisası üzrə disser­tasiya müdafiə etmi­ş və Rusiya Federasiyası Ali Attestasiya Komitə­sinin qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2001-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universi­te­tinin «Uçot, təhlil və audit» kafedrasının doktoran­turasına qəbul olunmuş və doktorluq disser­tasiya işini müvəffəqiy­yət­lə başa çatdırmışdır.

1993-2000-ci illərdə ADİU-nin «Təsərrüfat fəaliy­yəti və is­teh­­salın səmərəliliyinin təhlili», «İqtisadi təhlil» kafedralarında müəl­lim, baş müəllim və dosent vəzifə­lə­rində çalışmış, 2005-2006-cı illərdə «Uçot-iqti­sad» fakültəsin­də tədris işləri üzrə dekan müavini iş­lə­mişdir. 04 iyul 2006 – oktyabr 2015-ci illərdə «Uçot-iqtisad» fakül­tə­si­nin dekanı vəzi­­fə­sində işləmişdir.

Azərbaycan Respub­likası Prezidentinin 2011-ci il 26 sentyabr tarixli 1749 nömrəli sərəncamı ilə «Tərəqqi» medalına layiq görül­müşdür.

DSC_2246DSC_6061DSC_5861

922 1