necef22Tərcümə Mərkəzinin direktoru dosent Nəbiyev Nəcəf Hüseyn oğlu

17 aprel 1957-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Pedaqoji Xarici dillər institutunu (indiki Azərbaycan Dillər uiversitetini) bitirib və 1984-cü ilədək təyinatla Laçın rayonunun Minkənd orta məktəbində fransız, ingilis dillərini tədris edib.

1984-1988-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər universitetinin aspiranturasında qiyabi təhsil almış, eyni zamanda həmin universitetdə saathesabı müəllim işləyib. 1988-1989-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətində Beynəlxalq şöbədə tərcüməçi işləyib. 1990-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad universitetində əvvəl müəllim, sonra baş müəllim işləyib.

1991-ci ildə Kiyev Dövlət universitetində namizədlik müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1994-cü ildə Fransanın Standal universitetində “İşgüzar fransız dili” üzrə  təcrübə keçib.
1995-1998-ci illərdə Avropa Birliyinin humanitar təşkilatı olan “Equilibre”də tərcüməçi və missiyanın rəhbərinin köməkçisi vəzifəsində çalışıb.
1998-ci ildə ABŞ-ın İnkişaf Agentliyinin xətti ilə keçirilə müsabiqənin qalibi kimi ABŞ-da təcrübə keçib.

1998-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində işləyir. 2000-ci ildə “Xarici dillər-1” kafedrasının müdiri seçilib və 2016-cı ilə kimi bu vəzifədə çalışıb.

“Tərcümə mərkəzinin yaradılması haqqında” Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 14.07.2016-cı il tarixli EŞ-146 №-li qərarının icrasını təmin etmək məqsədilə 19.09.2016-cı il tarixində UNEC-də Tərcümə mərkəzi yaradılmışdır. Nəbiyev Nəcəf Hüseyn oğlu “Xarici dillər” kafedrasının 0,5 ştat əvəzçiliklə dosenti vəzifəsində saxlanılmaqla 19.09.2016-cı il tarixdən Tərcümə mərkəzinin direktoru vəzifəsinə keçirilmişdir.

Hazırda UNEC-in Tərcümə Mərkəzinin direktorudur.

85-dən çox elmi-metodiki əsərin müəllifidir.

Evlidir, iki övladı var.

989 3