“Duyğularıımın rəngi”

03 NOYABR 2017 | OXUNUB:
68

Noyabrın 3-də Azərbaycan Milli Tarixi Muzeyində gənclərin əl işlərindən ibarət “DUYĞULARIMIN RƏNGİ” adlı sərgi açılıb.

3 dekabr – Beynəlxalq əlillər gününə həsr olunan sərgidə UNEC tələbələri və Əlilliyi olan tələbələr üçün mərkəzin koordinatoru Sevinc Məhsimova da iştirak edib.

Əsasən 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində müxtəlif peşələri öyrənən gənclərin əl işləri nümayiş olunan sərgidə bildirilib ki, mərkəzdə sağlamlıq imkanları məhdud olan gənclərin peşəöyrətmə vasitəsilə sosial reabilitasiyası təşkil olunur. Məqsəd onların öz bacarıqları ilə əmək bazarına inteqrasiyasına nail olmaqdır.

S.Məhsimova bu cür sərgilərin gənclərin fərdi sahibkarıq fəaliyyətinə təkan verdiyini bildirərək, onlarının istedadlarının üzə çıxarılmasını təqdir edib. Onların sərhədsiz istedadından, zəngin duyğularının bu qədər gözəlliklə təqdim etmələrindən təsirləndiyini söyləyib.

69 1