??????????????????????????????????????????Əhmədova Emiliya Oktay qızı

1987-ci ildə Bakı şəhərində Binəqədi rayonunda anadan olub.

2004-cü ildə Binəqədi rayounu 299 saylı orta məktəbi bitirib.

2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnformatika və İdarəetmə fakültəsində “İnformasıyanın işlədilməsi və idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili alıb. 2011-ci ildə Qafqaz Universitetinin MBA proqramını fərqlənmə ilə bitirib. Rome Business School-da “Marketinq və kommunikasiya” ixtisası üzrə magistr təhsili alıb.

2014-2019-ci illərdə UNEC-in Marketinq və Biznesin idarəedilməsi kafedralarında çalışıb. UNEC Biznes Məktəbində, SABAH mərkəzində və Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) biznes və marketinq yönümlü fənləri tədris edir.

Erasmus+ müəllim mübadiləsi proqramı çərçivəsində Macarıstanın Dunaújváros və Rumıniyanın Babes-Bolyai universitetlərində mühazirə deyib. Almaniya, Türkiyə və Fransada keçirilən təlim və konfranslarda iştirak edib.

Clarivate, Scopus, Ebsco indeksli jurnallarda çap olunmuş bir sıra elmi məqalələrin müəllifidir. 2019-cu ildən SCOPUS-a daxil olan İslam Marketinqi jurnalının rəyçisi qismində çıxış edir. Təhsildə keyfiyyətin artırılması, tələbələrin motivasiyasının ölçülməsi və yüksəldilməsi istiqamətində tədqiqat işləri aparır.

Hazırda Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində “Təhsil və insan kapitalının inkişafı: Təhsil siyasəti və liderlik” üzrə magistratura təhsili alır.

Hazırda UNEC-in “Beynəlxalq iqtisadiyyat (ingilisdilli)” kafedrasının müəllimidir.