Əlilliyi olan tələbələr üçün Mərkəzin fəaliyyəti dinlənilib

Martiın 6-da UNEC-də Əlilliyi olan tələbələr üçün Mərkəzin fəaliyyətini qiymətləndirmək məqsədilə yaradılan komissiyasının növbəti iclası keçirilib.

İclasda görülən işlərin nəticələri və gələcək fəaliyyət istiqamətlərindən danışılıb. Əlilliyi olan tələbələrin dərs prosesində üzləşdiyi problemlər və onların aradan qaldırılması üçün təkliflər dinlənilib.

Görüşdə Beynəlxalq əlaqələr departamentinin əməkdaşı Gülşən Vəliyeva “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsinin barədə məlumat verib.

Əlilliyi olan tələbələr üçün Mərkəzin koordinatoru Sevinc Məhsimova fəaliyyət planına uygun olaraq, görülən islərdən danışıb.

Tələbə təşkilatlarına tapşırılıb ki, UNEC-də təhsil alan əlil tələbələrə Mərkəzin fəaliyyəti barədə məlumat verilsin. Onların universitetin sosial-ictimai, mədəni həyatında aktiv iştirak etmələri üçün təbliğatlar aparlsın.

UNEC-in baş biblioqrafı Arzu Məmmədova audio kitab layihəsi barədə məlumat verib.

Əlilliyi olan tələbələr üçün Mərkəzin psixoloqu Validə Əliyeva universitetdə hər tələbənin bərabərhüquqlu təhsil ala bilməsi üçün uyğun sosial mühitin  vacibliyindən danışıb. Tələbələrin, eyni zamanda muəllim-tələbə arasında pozitiv münasibətlərin önəmli oldugunu, bunun üçün seminarların keçirirlməsinin vacibliyini vurgulayıb.

 

*

4. IMG_0587 3. IMG_0580 2. IMG_0591 1. IMG_0592