“Elm aylığı” Maliyyə-İqtisad Kollecində davam edib

10 NOYABR 2016 | OXUNUB:
1460

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Elm aylığı çərçivəsində “Elmin insan inkişafında rolu” mövzusunda tədbir keçirilib.

Maliyyə-İqtisad Kollecinin direktoru dosent Həmzə Ziyadov “Elm günləri” barədə iştirakçılara məlumat verib.

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru,  professor Yadulla Həsənli elmin insan inkişafına təsirinin transmissiya mexanizmi və konsepsiyası ilə dinləyiçiləri tanış edib, elmin insan inkişafında təsiri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb.

Tədbirdə elmin insan kapitalının formalaşmasındakı rolundan danışılıb. “Bilik İqtisadiyyatı” anlayışı geniş müzakirə olunub. Sonda elmin perspektiv inkişaf istiqamətləri haqqında fikirlər söylənilib.

1461 2