Əmtəəşünaslıq fakültəsində konfrans: “İstehlak mallarının təhlükəsizliyi”

10 MAY 2016 | OXUNUB:
1486

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əmtəəşünaslıq fakültəsində ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunan “İstehlak mallarının təhlükəsizliyi” mövzusunda Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib.

İstehlak mallarının ekspertizası kafedrasının müdiri, professor Əli  Həsənov bildirib ki, Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Ulu öndər Azərbaycan iqtisadiyyatının inkişafında böyük və müstəsna rolu olan əvəzsiz şəxsiyyətdir.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafından danışan Ə.Həsənov qeyd edib ki, müasir dövrdə idxal edilən istehlak mallarının, eləcə də respublika daxilində istehsal edilən ərzaq və qeyri-ərzaq mallarının daxili istehlak bazarında rəqabətədavamlılığı və onların ixrac potensialını müəyyənləşdirən keyfiyyət amili, xüsusən də onların təhlükəsizlik göstəriciləri (fizioloji, ekoloji, yanğın təhlükəsizliyi və s.) ön plana keçir. Belə bir şəraitdə respublikamızda yüksək ixtisaslı ekspert mütəxəssislərinin hazırlanmasında ixtisas kafedralarının üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmaları, onların elmi biliklərinin təkmilləşdirilməsi ölkəmizin bu istiqamətdə qarşısına qoyduğu strateji hədəflərə çatmasında böyük rol oynayır.

Konfransda “İstehlak mallarının ekspertizası və marketinqi” və “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasları üzrə təhsil tələbə və magistrlər təqdimatla çıxış ediblər.

Konfrans iki gün davam edib.

1487 1