stan_foto_ilhamtex.e.n., dos. Seyidəliyev İlham Məhəmməd oğlu

1963-cü ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olmuşdur. 1970-ci ildə Qax şəhərində birinci sinfə getmiş, 1980-ci  ildə orta məktəbi bütün fənlər üzrə əla qiymətlərlə bitirmişdir. Həmin il  Azərbaycan Politexnik İnstitutuna (hazırda Azərbaycan Texniki Universiteti) qəbul olunmuşdur. Ali məktəbdə əla təhsilə və fəal ictimai fəaliyyətinə görə Ç.İldırım adına xüsusi təqaüdə layiq görülmüşdür. 1985-ci ildə  institutu fərqlənmə diplomu ilə bitirmişdir.

1985-2001-ci illərdə  “Ulduz” Elm İstehsalat Birliyin müxtəlif vəzifələrdə, o cümlədən sazlayıcı, usta, sex rəisinin müavini,  nəzarət-ölçü cihazları şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında  müəllim, baş müəllim  vəzifələrində işləmiş, hal-hazırda dosent vəzifəsində çalışır.  2007-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi, 2016-cı ildə dosent elmi adı almışdır.

*

“Mövlanə Mübadilə Proqramı”nın iştirakçısı kimi 2013-cü ildə Türkiyənin Gazi Universitetinə  ezam olunmuşdur, bakalavr və magistr təhsil pillələrinin dərs proseslərində iştirak etmiş, mühazirələr oxumuşdur.

Kafedra müdirinin müavinidir, UNEC Magistratura Mərkəzinin və “Ekspertiza və standartlaşdırma” fakültə Elmi Şurasının üzvüdür. Elmi-pedaqoji fəaliyyətdə fərqləndiyinə görə universitet rəhbərliyi tərəfindən ona bir neçə dəfə təşəkkür elan edilmişdir. UNEC differensial əmək haqqı sistemində professor-müəllim heyətinin reytinq cədvəlində 2016/2017 və  2017/2018-ci tədris ili üzrə ilk otuzluğa daxil olmusdur.

Hazırda UNEC-in Mühəndislik fakültəsinin dekan müavinidir.

100 dən çox elmi və tədris-metodiki işlərin, o cümlədən 1 dərsliyin, 6 dərs vəsaitinin, 1 monoqrafiyanın, 3 metodiki göstərişin və 25 fənn proqramının  müəllifidir. Dəfələrlə Beynəlxalq elmi konfranslarda iştirak etmişdir. Müəllif olduğu dörd məqalə SCOPUS, üç məqalə Clarivate Analytics (Thomson Reuters), bir məqalə isə EBSCO Academic Search Complete platformalarına daxil olan jurnallarda nəşr edilmişdir.

Ailəlidir. Üç övladı var.