stan_foto_ilhamtex.e.n., dos. Seyidəliyev İlham Məhəmməd oğlu

26 aprel 1963-cü ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olmuşdur.

1985-ci ildə Azərbaycan Politexnik İnstitutunu (Azərbaycan Texniki Universitetini) fərqlənmə diplomu ilə bitirmişdir.

2001-ci ildə  “Ulduz” Elm-İstehsalat Birliyində müxtəlif vəzifələrdə, o cümlədən nəzarət-ölçü cihazları şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya”  kafedrasında çalışır. Hazırda kafedranın dosentidir.

 

 

*

Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı olmuşdur və 2005-ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

50-dən artıq elmi əsərin, o cümlədən 1 dərsliyin, 3 dərs vəsaitinin, 1 metodik göstərişin və 11 tədris proqramının müəllifidir.

2013-cü il noyabr ayında “Mövlanə Mübadilə Proqramı” üzrə Türkiyənin aparıcı universitetlərindən biri Gazi Universitetində təcrübə keçmişdir, bu dövrdə  bakalavr  və magistr pillələrində təhsil alan tələbələr qarşısında mühazirələr oxumuşdur.

Ailəlidir, üç övladı var.