UNEC alimləri beynəlxalq elmi jurnalda ölkə regionlarının inkişafının funksional təhlilini aparıb

20 NOYABR 2017 | VIEWS:
1599

tomsonUNEC müəllimlərinin məqaləsi “Thomson Reuters”in elmi bazasına daxil olan jurnalda dərc olunub.

Qiymət və qiymətləndirmə” kafedrasının müəllimi Suqra Hümbətova və “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi Natiq Hacıyevin həmmüəllifi olduqları məqalə “Azərbaycanın regionlarında inkişafın ikiamilli funksional təhlili” (“Two-factorial functional analysis of economic development in the regions of Azerbaijan”) mövzusunda olub. UNEC alimləri “Electronic Journal of Polish Agricultural Universities” jurnalında dərc olunan məqalədə Azərbaycanın iqtisadi rayonlarında (regionlarda) sənaye istehsalının və aqrar istehsalın əsas fondlardan və işçi qüvvəsindən asıllığının təhlilinı aparıblar. Təhlil zamanı əsasən Kobb-Duqlas istehsal funksiyasından və xətti funksiyadan istifadə olunub.

Məqalə ilə (http://www.ejpau.media.pl/volume20/issue4/art-03.html) bu linkdən tanış ola bilərsiniz.

1600 1