UNEC-də fakültələrarası intellekt yarışı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  Tələbə Həmkarlar İttifaqı Komitəsi və İqtisadçı İntellektual Klubunun birgə təşkilatçılığı ilə fakültələrarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

UNEC tələbələri arasında keçirilən yarışda 22 komanda iştirak edib. Gərgin keçən mübarizənin sonunda “SABAH LEGENDS” komanda qalib gəlib. II yerə Maliyyə və Mühasibat fakültəsini təmsil edən “LEGENDS OF FİNANCE” komandası, III yerə isə Rus İqtisadiyyat Məktəbini təmsil edən “DİNAMİT” komandası layiq görülüb.

I yerin qaliblərinə diplom, medal, kubok və hədiyyə kuponu təqdim edilib. Digər qaliblər isə diplom və medalla təltif ediliblər.

intel_6673 intel_6511