UNEC-in tələbə və magistrləri nüfuzlu şirkətdə ödənişli təcrübə imkanı əldə edəcək

23 MAY 2017 | VIEWS:
3198

UNEC-də “Karyera günü” keçirilib.

UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı və KPMG şirkətinin iştirakı ilə keçirilən “Karyera günü”ndə IV kurs tələbələri və magistrlər iştirak edib.

Karyera Mərkəzinin direktoru Fuad Əliyev KPMG şirkətinin Azərbaycanda uğurla davam edən inkişafa, kapital bazarlarının davamlı inkişafına öz töhfəsini verərək, işgüzar biznes mühitinin ayrılmaz hissəsinə çevrildiyini bildirib. Yerli və beynəlxalq müştərilərə audit, vergi və məsləhət xidmətləri göstərən şirkət UNEC-lə də uğurlu əməkdaşlıq edir. Tələbə və magistrlərimiz mütəmadi olaraq bu nüfuzlu şirkətdə təcrübə keçmək imkanı əldə edirlər.

KPMG Azərbaycan nümayəndəliyinin insan resursları üzrə meneceri Nərgiz İbrahimova şirkətdə mövcud təcrübə proqramı və vakansiyalar haqqında namizədləri məlumatlandırıb.

Tədbir zamanı namizədlər KMPG Azərbaycan nümayəndəliyinin audit, vergi və korporativ maliyyə departamentlərində ödənişli təcrübə keçmək üçün test imtahanından (Verbal and Numerical Reasoning Test) keçiblər. Test imtahanında UNEC-in maliyyə, mühasibat uçotu və audit və biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbə və magistrləri iştirak ediblər. Testlərdən və müsahibə mərhələsindən müvəffəqiyyətlə keçəcək namizədlər ödənişli təcrübə keçmək imkanı əldə edəcəklər.

 

3199 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser