“Marketinq” kafedrası haqqında məlumat (davamı)

Çağdaş dünyada sahibkarlıq fəaliyyəti sahəsində nailiyyətlər hər şeydən əvvəl, bazar tələblərinin dərk edilməsi və öyrənilməsi, istehlakçı sifarişlərinə vaxtında və dəqiq reaksiya verilməsi, əmtəə və xidmətlərə sabit tələbin forma-laşdırılması və yüksək rəqabətqabiliyyətliliyinin təmin edilməsi  bacarığından asılıdır. Heç bir iqtisad yönümlü ixtisas optimal qərarların əsaslandırılmasının riyazi metodlarından istehlakçı psixologiyasının incəliklərinə, yeni informa-siya texnologiyalarından müasir dəb və dizayn məlumatlarına kimi  marketinq qədər hərtərəfli bilik tələb etmir. Buna görə də geniş dünyagörüşə malik  marketoloqların bu gün firma və şirkətlərdə vitse-prezident və daha yüksək vəzifələr tutmaları heç də təsadüfü deyil. Respublikanın əmək bazarının tədqiqi göstərir ki, son dövrlərdə marketinq mütəxəssislərinə tələbat olduqca yüksəkdir.

 Gələcək marketoloqların əsas funksiyası:

  • bazarın öyrənilməsi, tələbin proqnozlaşdıılması və müəyyənləşdirilməsi, istehlakçı tələbinin ödənilməsi;
  • biznes subyektlərinin uzunmüddətli marketinq strategiyalarının formalaşdırılması;
  • bazar üçün yüksək cəlbediciliyə malik əmtəə və xidmətlərin işlənib hazırlanması;
  • istehlakçıların struktur tələblərinə uyğun məhsul çeşidinin formalaşdırılması, məhsulun (xidmətin) keyfiyyətinin müəyyənləşdirilməsi;
  • istehlakçılar üçün cəlbedici, istehsalçı firmalar üçün əlverişli qiymət siyasətinin formalaşdırılması;
  • məhsulların satışının və ticarət vasitəçiləri ilə əməkdaşlığın təmin edilməsi;
  • reklam, təqdimat mərasimləri, aksiya, sərgi və yarmarkaların təşkili və s.

*

Peşəkar fəaliyyət sahələri

Marketoloqun fəaliyyəti istehlakçı tələbini və onun bazar davranışını, müəssisənin daxili imkanları və sahə xüsusiyyətlərini, istehsalın təşkili texnologiyasını, mövcud rəqabət mühitini nəzərə alınmaqla bazarda səmərəli fəaliyyət göstərmək məqsədilə müxtəlif təşkilati-hüquqi formalı müəssisələr arasında qarşılıqlı iqtisadi mənafelərin təmin edilməsinə istiqamətlənib. Marketoloq öz peşəkar fəaliyyətini idarəetmə və geniş yayılmış biznes sahəsində, xüsusi ilə müəssisə və onların struktur bölmələrində, marketinq sahəsində yüksək səviyyəli bilik və dünyagörüşü tələb edən kommersiya və qeyri-kommersiya təşkilatlarında, eləcə də dövlət və munisipial idarəetmə orqanlarında həyata keçirir.

Peşəkar fəaliyyət nö:

  • informasiya – analitik;
  • əmtəə istehsalı və satış;
  • iqtisadi-idarəetmə.

“Marketinq” ixtisası üzrə tam ali təhsilli mütəxəssislər  aşağıdakı vəzifələrdə çalışa bilərlər:

  • marketinq xidməti bölmələrində marketoloq;
  • marketinq-analitik, məsləhətçi, ekspert;
  • satış və ya maddi-texniki təminat üzrə iqtisadçı;
  • elmi əməkdaş;
  • ali tədris müəssisələrində müəllim.

 

2.Bakalavr marketinq istiqaməti üzrə təhsil aldığı dövrdə ümumpeşə hazırlığı fənləri ilə yanaşı aşağıdakı xüsusi fənlər üzrə fundamental hazırlıq keçir:

  • əməli marketinq;
  • strateji marketinq;
  • logistika;
  • bazar infrastrukturu;
  • marketinq tədqiqatları;
  • xidmət sahələrinin marketinqi;
  • istehsal sahələrinin marketinqi;
  • istehlakçı davranışının idarəediməsi;
  • marketinqdə kommunikasiya siyasəti;
  • beynəlxalq marketinq;

 

3.Magistratura – ali təhsil sistemində müstəqil səviyyə olmaqla aşağıdakılara imkan verir:

– konkret elm və praktika sahəsində yüksək ixtisaslı  kadrlar hazırlamaq;

– peşəkar təhsil vermək məqsədi ilə fərdi tələbatları nəzərə almaq və onların səmərəli formada ödənilməsini həyata keçimək.

Kafedrannı professor müəllim heyəti  bu vəzifələrin yerinə yetirilməsində aktiv iştirak edirlər.

Magistir hazırlığı elmi-praktik işlərlə yanaşı, eyni zamanda pedoqoji fəaliyyəti də nəzərdə tutur.

Magistr səviyyəsində  magistrantlara  14 fənn tədris olunur:

  • Tətbiqi marketinq  tədqiqatları;
  • Marketinq logistika;
  • Marketinqin müasir  problemləri;
  • Marketinqin kommunikasiyası  strategiyaları;
  • Marketinq menecment;
  • Bölüşdürmə logistikası;
  • İnnovasiya marketinqi;
  • İvestisiya marketinqi;
  • Kiçik biznesdə  marketinq;
  • Təchizat zəncirində ehtiyatların idarəedilməsi;
  • Turizm marketinqi və s.

*

4.Doktorant və dissertantlar

Kafedranın  professor-müəllim heyəti marketinqin müxtəlif istiqamətləri üzrə doktarant və dissertant hazırlığını həyata keçirir. Bu gün kafedranın  5 dissertantı  və bir doktarantı var.

  • Həziyev Vəli Əli  oğlu. Mövzu: “Əmtəə  bazarının  infrastrukturunun formalaşması  və  inkişaf   istiqamətləri” (kənd təsərrüfatı məhsullarının timsalında) 26.11.2012 – 26.11.2016. Elmi rəhbəri p Q.N.Manafov.
  • Hüseynova Sevda Məmməd  qızı.  Mövzu: “Lizinq  xidmətləri  baza-rının  marketinqinin təkmilləşdirilməsi”. 26.11.2012-26.11. 2016. Elmi rəhbəri   prof. Q.N.Manafov.
  • Vəliyev Rafiq Mustafa oğlu. Mövzu: “Müştəri münasibətlərinin marketinq idarəedilməsinin təkmilləşdirilməsi istiqamətləri”. 26.12. 2014. Elmi rəhbəri. dos.İ.M.Xeyirxəbərov.
  • Əliyev Pərviz Fuad oğlu. Mövzu: “Qloballaşan əmtəə bazarında rəqəmsal marketinqin tətbiqi xüsusiyyətləri və təkmilləşdirilməsi istiqamətləri”. 10.2011. Elmi rəhbəri dosent T.İ.İmanov.
  • Cabbarov Ramıl Şahin oğlu Mövzu: “Ali təhsil müəssisələrinin brendləşmə strategiyası”. 09.12.2015. Elmi rəhbər: i.e.d., dos.Telman İman oğlu İmanov
  • Quliyev Oqtay Qulu oğlu. Mövzu: “Məhsullar bazarında son istehlakçı davranışının marketinq tədqiqi problemləri”. Elmi rəhbər: prof.,dr. Rəmzi Altunişıq Yakup oğlu
  •  Manafov İlkin Namaz oğlu. Mövzu: “Müasir marketinq sistemində brend  siyasətinin formalaşması problemləri”. Elmi rəhbər:   i.е.d., prof.T.N.Əliyev

*

5.Gənc marketoloqlar klubu

Kafedranın nəzdində «Marketinq disskusiya klubu” fəaliyyət göstərir.  Cari tədris ilində bu klubda “Gənclərin karyera yaratmalarına marketinq yanaşma”, “Uğurlu interet layihələri”, “Müasir şəraitdə marketinq tədqiqat-larının aparılması mexanizm”, “Yeni məhsul və xidmətlərin yaradılması”  və  s.mövzularda çıxışlar olmuşdur.

 

6.Məzunlarımız

Marketinq kafedrasını məzunları milli iqtisadiyyatın müxtəlif fəaliyyət sahələrində böyük ehtiyac duyulan və bu sahələrin tələbləri baxımından müasir iqtisadi biliklərə yiyələnmiş peşəkar mütəxəssislərdir. Bizim məzunlar milli iqtisadiyyatın müxtəlif sferalarnıda, o cümlədən sənaye və tikinti müəssisələ-rində, ticarət və turizm, bank və sığorta təşkilatlarında, mədəniyyət və idman sahələrində, eləcə də bir sıra qeyri-kommersiya strukturlarında çalışırlar.

3557 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno