Karyera Mərkəzi təqdim edir

24 APREL 2017

Azercell-də təcrübə keçmək istəyən tələbələr üçün daha bir imkan
Şirkət Texnologiyalar Departamentinə “Təcrübə Proqramı”nı elan edir

 “Azercell Telekom” MMC 21 Aprel tarixindən etibarən şirkətin Texnologiyalar Departamentində təcrübə keçmək istəyən gənclər üçün “Tələbə Təcrübə Proqramı”nı elan edir.

Qaydalara əsasən Azərbaycanın ali təhsil ocaqlarında bakalavr səviyyəsinin son iki kursunda və magistr pilləsində təhsil alan tələbələr 2017-ci ilin 1 may tarixinə qədər “Tələbə Təcrübə Proqramı”na müraciət edə bilərlər. Bunun üçün https://www.azercell.com/az/company/career/vacancies/ linkinə daxil olmaq lazımdır.

Məlumat üçün bildirək ki,  “Tələbə Təcrübə Proqramı” tələbələrə telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. Proqram çərçivəsində mərhələlərlə seçilən gənclər şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə edirlər. Bundan əlavə,  tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur.

2008-c ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 102 tələbə Azercellin Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 15-i isə şirkətdə işlə təmin olunublar.

Qeyd edək ki, “Azercell Telekom” MMC daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz