Müsabiqənin keçirilməsində məqsəd – əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırılmaq, bu sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsindən ibarətdir.
Müsabiqənin şərtləri haqda ətraflı məlumat:
Müsabiqədə iştirak etmək istəyən şəxslər 25.10.2019-cu il tarixinədək öz işlərini [email protected]
ünvanına göndərə bilərlər.
Yazı və videolar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər 6-7 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək “Nağdsız iqtisadiyyat: Dayanıqlı bankçılığa doğru” adlı 4-cü beynəlxalq bankçılıq forumunda pul mükafatı və diplomlarla mükafatlandırılacaq.