Dekanların tələbələrlə görüşləri keçiriləcək – CƏDVƏL

09 YANVAR 2021

virtual_dekanliq_090121Virtual dekanlıqların fəaliyyətinin təkmilləşdirilməsi, operativliyin və tələbələr üçün əlçatanlığın təmin edilməsi məqsədilə fakültələr (məktəb/mərkəz) tərəfindən tələbələrlə onlayn görüşlərə start verilir.

Təyin olunmuş gün və saatlarda tələbələr fakültə əməkdaşları ilə onlayn görüşərək müraciətlərini ünvanlaya bilərlər.

Tələbələrin həftədə bir dəfə qrafikdə qeyd olunan gün və saatda fakültə dekanı tərəfindən görüşləri təşkil olunacaq, müraciətləri dinləniləcək.

Görüşün linkləri fakültələr tərəfindən vatsap qruplarında tələbələrə təqdim ediləcək.

Onlayn görüş və qəbullardan əlavə, tələbələr şəxsi facebook səhifələri və korporativ email vasitəsilə ilə də Virtual dekanlığa müraciət edə bilərlər.

C Ə D V Ə L