“II. İqtisadiyyat və İdarəetmə sahəsində magistr və doktorantların beynəlxalq elmi konfransı” keçiriləcək

28 MAY 2020

konfrans29-31 may tarixlərində UNEC-in təşkilatçılığı ilə “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı” təşkil olunacaq.

Distant formada təşkil olunacaq beynəlxalq konfransda ümumilikdə dünyanın 21 ölkəsindən 325 gənc tədqiqatçı 65 bölmədə məruzə ilə çıxış edəcəklər.

Mayın 29-u saat 10:00-da keçiriləcək açılış mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Paşa Holdinqin Baş İcraçı Direktoru Cəlal Qasımov çıxış edəcəklər.

Beynəlxalq konfransda ABŞ, Rusiya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin magistr və doktorantlarının iştirakı ilə 4 dildə (azərbaycan, ingilis, rus və türk) plenar çıxışlar olacaq. Azərbaycandan Kamal Mirzəyev “Strateji İnsan Resursları Sistemində Təmin Fəaliyyətinin Ölçülməsi və Qiymətləndirilməsi”, ABŞ-dan Sevinc Məmmədova “How Education and Training Affect the Economy”, Türkiyədən Sezgin Uysal “Politik Risk ve Enerji Fiyatları İlişkisi İktisat Tarihinden Doğal Bir Deney” və Rusiyadan Alexander Lyash “Эффективное Управление Денежными Средствами На Основе Финансовых Технологий” mövzularında plenar çıxışlarını onlayn olaraq təqdim edəcəklər.

Konfransın açılış mərasimi UNEC-in rəsmi Facebook səhifəsi, Youtube kanalı və konfransın rəsmi saytından canlı olaraq azərbaycan və ingilis dillərində yayımlanacaq. Konfrans seksiyaları isə ZOOM proqramı vasitəsi ilə distant olaraq təşkil olunacaq.

KONFRANSIN PROQRAMI

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser