UNEC ilə Mikolos Romeris Universiteti arasındakı ikili diplom proqramına qəbul başlayıb

23 OKTYABR 2017

Cari ildə UNEC-in 1-ci kurs magistratura proqramına qəbul olan tələbələr Litvanın Mikolos Romeris Universiteti (MRU) ilə ikili diplom proqramında iştirak edə biləcəklər.

Proqramda təhsil alan və təhsilini uğurla bitirən magistr tələbələr həm UNEC-in, həm də MRU-nin diplomunu əldə edəcəklər.

Proqrama müraciət etmək üçün Beynəlxalq Əməkdaşlıq Departamentinə (115-ci otaq, əsas tədris binası, İstiqlaliyyət küç., 6) müraciət etmək lazımdır.

Əlaqə üçün: +994 12 492 60 45 – Aysel Musayeva

 

Proqramın modeli:

  • 1-ci semestr – UNEC, dərslər – 45 kredit
  • 2-ci semestr – MRU, dərslər – 45 kredit
  • 3-cü semestr – UNEC – təcrübə və tədqiqat
  • 4-cü semestr – UNEC/MRU – tədqiqat və diplom müdafiəsi

 

Qəbul şərtləri:

  • UNEC-in “Maliyyə bazarları”, “Maliyyə menecmenti” və “Maliyyə nəzarəti və audit” ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi olmaq
  • Bakalavr dərəcəsi üzrə akademik göstərici – 80-dan yuxarı olmalı
  • İngilis dili ən azı B2 səviyyəsində olmalı

 

Qəbul üçün təqdim olunacaq sənədlər:

  1. CV
  2. Dil sertifikatı (TOEFL IBT 65-78, TOEFL Paper 513-547, IELTS 5.5-6.0)
  3. Passportun sürəti
  4. 2 ədəd şəkil
  5. Bakalavr diplomu və akademik trasnkript
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser