Polşada beynəlxalq konfrans: “Müasir iqtisadiyyatın çətinlikləri 2020”

26 SENTYABR 2019

poster_Conference_240919

13-15 sentyabr 2020-ci il tarixlərində Polşanın Varşava şəhərində “Müasir iqtisadiyyatın çətinlikləri 2020” beynəlxalq elmi konfransı keçiriləcək.

Konfransın keçirilməsində əsas məqsəd alimlərin, tədqiqatçıların və elm xadimlərinin bir araya gələrək mövzular ətrafında fikir mübadilələrinin aparılması ilə yanaşı elmi araşdırmalar və biznes sahəsində əməkdaşlığın qurulması üçün imkanların yaradılmasıdır.

Konfransda dünyanın müxtəlif ölkələrindən 200 tədqiqatçı yer alacaqdır. Bununla yanaşı 150 elmi məqalə konfrans toplusunda nəşr olunacaq və bu məqalələrdən ən mükəmməlləri seçilərək beynəlxalq və nüfuzlu impakt faktorlu jurnallarda nəşr olunma imkanı əldə edəcəkdir (SCOPUS, ProQues və ya EBSCO və s.).

Əsas mövzular

  • Gələcəkdə iqtisadiyyat
  • Sirkulyar iqtisadiyyat
  • Qərar qəbul etmə və intuisiya
  • Rəqəmsal iqtisadiyyat
  • İqtisadi təhlükəsizlik
  • Maliyyə təhsili
  • Qeyri-bərazbərsizlik
  • FinTex sektor-maliyyədə innivasiyalar
  • Start-up, vençur kapital fondlarının ilkin mərhələdə
  • Kraudfandinq – maliyyə innovasiyalarının mənbəyi kimi
  • İnnnovativ inkişaf
  • Maliyyə davamlılığı və pul-kredit siyasətinin qarşlıqlı fəaliyyəti
  • Maliyyə sabitliyinin effektivliyi və pul-kredit siyasəti
  • Ekosistem xidmətlər və təbii sərvətlər
  • Sahibkarlıq maliyyəsində yeni trendlər

Son müraciət tarixləri:
Xülasə və məqalələrin son göndərilmə tarixi: 30 iyun 2020

Konfrans haqqında geniş məlumat
Konfransın keçirilmə ünvanı: İqtisadiyyat və Humanitar Elmlər Universiteti 59, Okopova küçəsi 01-043 Varşava, Polşa
Əlavə məlumat: 492 72 98, UNEC-in EFTİE departamenti
Əlaqədar şəxs: Şəfa Əlizadə