UNEC Təhsil Texnologiyaları Mərkəzi tərəfindən təsis edilmiş South Caucasian Journal of Educational Science and Technology (SCJEST) jurnalı növbəti nömrələri üçün məqalə qəbulunu açıq elan edir.SCJEST rəyli (peer-reviewed) beynəlxalq elmi jurnal olmaqla, təhsil elmləri, təhsil texnologiyaları və kəmiyyət tədqiqat metodları sahəsində orijinal və yüksək keyfiyyətli elmi işlərin dərcini hədəfləyir. Jurnalın əsas məqsədi regional və beynəlxalq səviyyədə elmi biliklərin inkişafına töhfə vermək, həmçinin tədqiqatçılar və akademik icma arasında elmi əməkdaşlığı və ünsiyyəti təşviq etməkdir.
Jurnalın əhatə dairəsinə aşağıdakı istiqamətlər daxildir:
Təqdim olunan məqalələr nəzəri və ya empirik xarakter daşımalı, elmi əsaslandırılmış metodologiya və etibarlı nəticələrlə müşayiət olunmalıdır.
Jurnala göndərilən bütün materiallar orijinal olmalı, əvvəllər dərc edilməməli və eyni zamanda başqa nəşrdə baxılmamalıdır. Məqalələr akademik ingilis dilində hazırlanmalı, elmi yazı qaydalarına uyğun tərtib edilməli və beynəlxalq etik standartlara cavab verməlidir. Məqalələrin hazırlanması APA Style 7th Edition standartlarına uyğun aparılmalıdır.
SCJEST-də dərc olunmaq hüququ akademiklərə, tədqiqatçılara, doktorantlara və ali təhsil müəssisələrinin müəllim heyətinə aiddir. Beynəlxalq müəlliflərin iştirakı xüsusilə təşviq olunur.
Jurnala təqdim olunan bütün məqalələr ikiqat anonim rəy (double-blind peer review) prosesindən keçirilir ki, bu da elmi obyektivliyin və keyfiyyətin təmin edilməsinə xidmət edir.
Müəlliflər təqdimat zamanı aşağıdakı sənədləri əlavə etməlidirlər:
SCJEST-də məqalə dərc etdirmək müəlliflərə beynəlxalq akademik mühitdə görünürlük qazanmaq, tədqiqat nəticələrini geniş auditoriyaya təqdim etmək və elmi fəaliyyətlərini inkişaf etdirmək imkanı yaradır.
Müəlliflər jurnalın növbəti nömrələrində iştirak etməyə və bu elmi təşəbbüsə töhfə verməyə dəvət olunur.