Tələbələrə arayışların verilməsi ilə bağlı suallar cavablandırılacaq: 11 iyul saat 18:00-da

10 İYUL 2020

canli_yayimUNEC-də arayışların onlayn verilməsi ilə bağlı suallar canlı yayımda cavablandırılacaq.

Canlı yayımda Tələbə şöbəsinin müdiri Xalidə Yusifova, Rəqəmsal media bölməsinin rəhbəri Zaur Əzizov tələbələrə arayışların verilməsi proseduru və “Bir pəncərə” xidmətindən istifadə qaydaları haqqında ətraflı məlumat verəcəklər.

Canlı yayım iyulun 11-də saat 18:00-da UNEC-in rəsmi Facebook səhifəsində olacaq.