Türkiyədə İqtisadiyyat, Enerji və Ətraf Mühit beynəlxalq konfransı keçiriləcək

11 DEKABR 2019

ICEEE2020_11121923-25 aprel 2020-ci il tarixlərində Türkiyənin Kapadokiya şəhərində İqtisadiyyat, Enerji və Ətraf Mühit beynəlxalq konfransı (İCEEE2020) keçiriləcək.

İCEEE2020 konfransının əsas məqsədi iqtisadçıları, mühəndisləri, siyasətçiləri, sənaye iştirakçılarını və tələbələri qlobal nöqteyi-nəzərdən iqtisadiyyat, enerji və ətraf mühit sahəsində yeni ideyaların, mövzuların və tədqiqatların aşkara çıxarılması üçün bir araya toplamaqdır. Təşkilat Komitəsi tədqiqatçıları və tələbələri məqalələri ilə konfransda iştirak etməyə dəvət edir.

Son müraciət tarixləri:

Son göndərilmə tarixi (xülasə və tam məqalə) 30 mart 2020
İlkin qeydiyyat tarixi 15 yanvar 2020
Qeydiyyatın son tarixi 15 aprel 2020
Konfrans tarixi 23 aprel 2020

Konfrans şərtlərinə uyğun olaraq təqdim olunan məqalələr müvafiq ixtisaslar üzrə peşəkar rəyçilər tərəfindən elmi nöqteyi-nəzərdən dəyərləndirilir. Təqdim olunan məruzə müəlliflərinə iki həftə ərzində fərdi şəkildə məlumat verilir. Məqalənin tam şəkildə (qoyulan texniki tələblərə uyğun) təqdim olunması onun SCI / ADBC / Scopus indeksli jurnallarda nəşrinə imkan yaradacaqdır. Əks təqdirdə, xülasəniz yalnız konfrans materialları toplusunda dərc ediləcəkdir. Məqalələrinizi təqdim etmək üçün linkinə daxil olaraq  əlavə məlumat əldə edə bilərsiniz.

Əsas mövzular

Enerji Ətraf mühit
Blockçain texnologiyası və bərpa olunan enerji Kənd təsərrüfatı-Qida-Ətraf mühit
Enerji planlaşdırması, modelləşdirmə və proqnozlaşdırma İqlim, Ticarət, İnkişaf və Siyasət
İqtisadiyyat və Enerji siyasəti Ekologiya, Ekosistemlər və Landşaft
Elektrik / Təbii Qaz Ehtiyatları Ətraf mühit və statistik ekologiya
Enerji və Davamlılıq Ətraf Mühit Mühafizəsi və Paris Sazişi
Enerji səmərəliliyi və qənaət Ekoloji təhlükəsizlik qaydaları
Enerji Maliyyəsi: Hüdudlar və Gələcək İnkişaf Ekoloji Davamlılıq və İnkişaf
Enerji qiymətləri- Makro iqtisadi əlaqələr Ətraf mühitin qiymətləndirilməsi və kimyəvi maddələrin idarə edilməsi
Davamlı İnkişaf və Enerji resursları Alternativ Enerji Resurslarının ətraf mühitə təsirləri
İqtisadiyyat
Kuznets Əyrisi ilə yeni yanaşmaları ətraf mühitə tətbiqi
Karbon Vergi Siyasəti
Enerji Sistemləri iqtisadiyyatı
Ekonomterika, Enerji bazarları və Ekoloji təsirlər
Enerji və Xərclərə potensial qənaət
Ətraf mühit və İqlim dəyişikliyinin iqtisadi aspektləri
Enerji bazarları və Makroekonomik indiqatorlar
Qida İqtisadiyyatı

Konfrans haqqında geniş məlumat linkində  göstərilmişdir.

Konfransın keçirilmə ünvanı:
DoubleTree,Hilton Hotel Avanos – Cappadocia
Yeni Kızılımak cadesi.No:1, 50500 Avanos/Nevşehir

Əlavə məlumat almaq üçün EFTİED “Elmmetrika” şöbəsinə müraciət edə bilərsiniz: 4927298