UNEC 2019/2020-ci tədris ilində yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir

02 İYUN 2016

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ (UNEC)

2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə

yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir

  • Maliyyə
  • Mühasibat uçotu və aııdit
  • Menecment
  • Maliyyə işi (orta ixtisas təhsili bazasında)
  • Muhasibat uçotu (orta ixtisas təhsili bazasında)

2019/2020-ci tədris ilindən UNEC-də Yenidənhazırlanma təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 3.1.5. bəndi əsasında distant (məsafədən) formada həyata keçiriləcəkdir.

UNEC-də Yenidənhazırlanma təhsilinə sənəd qəbulu ancaq elektron qaydada həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda yenidənhazırlanma təhsili almaq hüququnu qazanırlar.

Yenidənhazırlanma təhsilinə müraciət aşağıdakı internet linki vasitəsi ilə həyata keçirilir.

kabinet.unec.edu.az

Sənədlərin qəbulu 2019-cu ilin avqust ayının 1-dən  oktyabr ayının 15-dək aparılacaq.

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri elektron formada (pdf formatında) təqdim etməlidirlər:

  • Rektor adına yazılmış ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə)
  • 1 ədəd fotoşəkil (3×4 sm jpeg formatında);
  • Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda təsdiqedici sənəd).

Ərizə forması

Təhsil Azərbaycan dilindədir. Tədris müddəti 1 ildir.

Dövlət və özəl ali təhsil (orta ixtisas təhsili) müəssisələrinin məzunları “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə yenidənhazırlanma təhsili ala bilərlər.

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə yenidənhazırlanma təhsili ala bilərlər.

Ünvan: İstiqlaliyyət küçəsi 6, otaq 107
Tel.: (012) 492-65-64

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna