UNEC 2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

16 MAY 2025

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
 2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir.

1.Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.

2.Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • kadrların şəxsi qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3×4 ölçüdə)
  • iş yerindən xasiyyətnamə (iş yeri olduqda);
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi əsərlərin siyahısı (elmi əsərlərin nəşr edildiyi jurnaldan çıxarılan surətləri əlavə edilməklə). Elmi əsərlərin məzmunu iddiaçının seçdiyi ixtisasa uyğun olmalıdır. Elmi əsərləri olmayanlar seçdikləri ixtisasa aid olan mövzu üzrə referat təqdim etməlidirlər (referatın məzmununa və tərtibinə dair tələbləri https://unec.edu.az/doktorantura-sobesi/ səhifəsindən əldə etmək olar);
  • ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri və yaxud onları təsdiq edən Elektron Hökumət İnformasiya Sistemindən əldə edilmiş QR kodlu sənədlər. Xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün isə təhsil haqqında sənədin tanınması barədə Elm və Təhsil Nazirliyinin şəhadətnaməsi.
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;

3.Sənədlərin təqdim olunması 2 iyun 2025-ci il tarixinədək portal.edu.az platforması üzərindən aparılacaqdır. Sənədlər elektron formada (pdf) yüklənməlidir.

4.Sənədləri qəbul olunan iddiaçılar 2025-ci ilin iyun ayında “Xarici dil” fənnindən Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər. “Xarici dil” fənnindən keçid balını toplayan şəxslər “Fəlsəfə” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanda “məqbul” qiymət almış şəxslər “İxtisas” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanın 2-4 sentyabr 2025-ci il tarixlərində, “İxtisas” fənnindən imtahanın isə 9-11 sentyabr 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur.

5.Suallar yarandığı təqdirdə UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Doktorantura şöbəsinə müraciət edə bilərsiz.

 Ünvan: Bakı şəh., Abbas Səhhət küçəsi 45A, UNEC-in IV korpusu (Bakı Təhsil İdarəsinin yanı), Doktorantura şöbəsi (otaq 104). Telefon: 012-440-57-49

QƏBUL PLANI

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - casino siteleri - ucuz uz - vozol