22 yanvar – “Verilənlər elmi: son onilliyin radikal yenilikləri (təlim və tədqiqatlarda necə tətbiq etməli?)” mövzusunda açıq dərs.
Məruzəçi: İAETİ-nin Qeyri-neft sektorunun inkişafı şöbəsinin müdiri Murad Bağırzadə.
24 yanvar – “Davamlı istehlak və davamlı inkişaf” mövzusunda elmi seminar.
Məruzəçi: İAETİ-nin elmi katibi Rafail Rzayev.
27 yanvar – “Azərbaycanın ixrac potensialının müasir vəziyyətinin sistemli təhlili” mövzusunda elmi seminar.
Məruzəçi: İAETİ-nin “Qeyri-neft sektorunun inkişafı” şöbəsinin böyük elmi işçisi Elman İbişov.
29 yanvar – “Azərbaycanın xərclər-buraxılış modeli” mövzusunda elmi seminar.
Məruzəçi: İAETİ-nin direktoru, professor Yadulla Həsənli.
UNEC-in professor-müəllim heyəti tədbirlərə dəvətlidir.
Tədbirlər qeyd olunan tarixlərdə, saat 11:00-da UNEC-in əsas tədris binasında kiçik akt zalında təşkil olunacaq.