UNEC tələbələrinin nəzərinə: Ödənişsiz danışıq dərsləri

17 OKTYABR 2019

UNEC-də Amerikadan dəvət olunan mütəxəssisin moderatorluğu ilə tələbələr üçün həftədə 3 dəfə ingilis dilində danışıq dərsləri təşkil olunacaq.

Danışıq dərslərində iştirak etmək üçün dil səviyyəsi tələb olunmur. Maraqlanan şəxslərin özləri barədə məlumatları (ad, soyad, fakültə, ixtisas, kurs) oktyabr ayının 18-nədək [email protected] e-ünvanına göndərmələri xahiş olunur.

Dərslər oktyabrın 21-də başlayacaq və may ayınadək davam edəcək.

Dərslərin qrafiki:

Bazar ertəsi – 14:00-16:00

Cərşənbə axşamı -10:00-12:00

Çərşənbə günü -10:00-12:00

Ünvan: UNEC-in Əsas tədris binasında (İstiqlaliyyət küçəsi 6) təşkil olunacaq.