Vergilər Nazirliyinin Tədris Mərkəzi Qış məktəbi təşkil edəcək

21 YANVAR 2020

VN_qish_mekteb_210120Vergilər Nazirliyinin Tədris Mərkəzi gənclərin maarifləndirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə Qış məktəbi təşkil edir.

Qış Məktəbi 05.02.2020-08.02.2020 tarixlərində olacaq.

 Proqrama daxildir:

  • Gənclərin karyera hazırlığının təşkili;
  • İqtisadiyyat və vergi sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması;
  • Vergi və mühasibatlıq mövzuları üzrə təlimlər;
  • Biznesin qurulmasına dair təlim və konsultasiyalar;
  • Şamaxı rayonunda yerləşən turistik məkanlara səfər;
  • İntelektual və əyləncəli oyunlar.

Xüsusi təkliflərimiz:

  • İştirakçıların Bakıdan Şamaxiya aparılması və gətirilməsi;
  • Gün ərzində 3 dəfə qidalanma;
  • Tədris Mərkəzinin müasir tipli yataqxanasında gecələmək;
  • Tədris Mərkəzinin idman-sağlamlıq kompleksindən istifadə;
  • Layihədə iştirakınızı təsdiqləyən sertifikatın təqdim olunması;
  • Yüksək sürətli internet;
  • 24 saat mühafizə.

Qış məktəbimiz 18-30 yaş arası gənclər üçün nəzərdə tutulub. 4 gün üçün iştirak 175 azn təşkil edir.

Aşağıdakı şəxslərə güzəşt nəzərdə tutulur:
• Əvvəlki Yay və Qış məktəblərimizdə və təlimlərimizdə iştirak edən şəxslərə.
• Beş və daha artıq qrup şəklində qatılan şəxslərə.

Əlaqə:

Fasebook: Vergilər Nazirliyinin Tədris Mərkəzi
İnstagram:  vn_tedris_merkezi

E-ünvan: [email protected]

Tel.: (+99412) 403 88 72
Mob: (050) 254 33 13
……..(050) 254 49-69