“Yüceliş – Yeni dünya mümkündür” mövzusunda seminar

22 YANVAR 2020

seminar-checklist27 yanvar 2020-ci il saat 16:00-da UNEC-in Kiçik Akt zalında (əsas bina) Türkiyə İştirak Banklar Birliyinin (TKBB) və UNEC İslam Maliyyə Mərkəzinin birgə təşkilatçılığı ilə “Yüceliş – Yeni dünya mümkündür” mövzusunda seminar keçiriləcək.

Seminarda UNEC-in professor-müəllim heyəti, magistrantları və doktorantları iştirak edə bilər.

Əlaqə telefonu:  (012) 492-72-98  (UNEC Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti, Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi)