Azizov1Əzizov İlkin Əli oğlu

e-mail: i.azizov@unec.edu.az

10 avqust 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1999-2010-cu illərdə “Təfəkkür” liseyində təhsil almışdır.

2010-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanikiləşdirmə və İnformasiya Texnologiyaları fakültəsinin İnformasiya Texnologiyaları və Sistemləri mühəndisliyi ixtisasına daxil olmuş və 2014-cü ildə bitirmişdir.

2012-ci ildən əmək fəaliyyətinə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İKT mərkəzində başlamışdır. Müxtəlif illərdə özəl müəssisələrdə şəbəkə mühəndisi kimi çalışmışdır. 2013-cü ildə “Central and Eastern European Networking Association” təşkilatının Gürcüstanda keçirdiyi seminarında Azərbaycan nümayəndələr qrupu ilə birgə iştirak etmişdir.

2015-ci ildə Türkiyə respublikasının İzmir şəhərində Ege Universiteti Beynəlxalq Kompüter İnstitutunda İnformasiya Texnologiyaları və İnternet Təhlükəsizliyi üzrə magistr təhsilinə başlamışdır. 2017-ci ildə Ege universitetinin professoru Mehmet Emin Dalkılıçın rəhbərliyi ilə “DCTCP protokolunun araşdırılması və təhlükəsizlik analizi” adlı bitirmə tezisini müdafiə edərək magistr təhsilini başa vurmuşdur.

*

2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasında müəllimdir.

Bir elmi məqalənin müəllifidir.

infor_ramal_ilqar75744_n

İ.Əzizov UNEC NEWS-da 

UNEC-də elmi seminar: “Müəssisələrdə informasiya texnologiyalarının auditi” (27.12.2017)