iqt_inf_arzuf.-r.e.n., dos. Məmmədova Arzu İmamverdi qızı

6 noyabr 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1991-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsini fəqlənmə diplomu ilə bitirmişdir.

1992-ci ildən Bakı Dövlət-Əmtəəşünaslıq İnstitutununda “Texniki elmlər” kafedrasında baş laborant vəzifəsində çalışmış,1994-cü ildən həmin institutda müəllimlik fəaliyyətinə başlamışdır.

1996-2001-ci illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda  assistent və “İnformatika” kafedrasında baş müəllim vəzifələrində çalışmışdır.

 

 

*

2001-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasında baş müəllim vəzifəsində işləmişdir.

2006-cı ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi adını almışdır.

2006-2009-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının dosenti vəzifəsində çalışır.

12 elmi və metodiki işin müəllifidir.

Ailələidir, iki  övladı var.