ƏN ÇOX SORUŞULAN SUALLAR

Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavryat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları” ilə tənzimlənir.

Kredit – fənnin mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kredit qazanmış hesab olunur. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir.

22689 1

Suallar və Cavablar

Sənədləri təqdim etmək üçün ərizəçi mütləq şəxsi kabinetdən qeydiyyatdan keçməlidir?

Hər bir müraciətçi şəxsi kabinet vasitəsi ilə qeydiyyatdan keçməlidir. Azərbaycanda olan namizədlər UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinə bir başa sənədlərini təqdim edə bilər. Ancaq şəxsi kabinet vasitəsi ilə qeydiyyatdan keçmək həm vaxta qənaət etməyə imkan yaradır, həmçinin, hər hansı bir zəruri sənədin unutulmaması riski sizi xilas edəcəkdir.

Əcnəbi tələbənin sənədlərinin əslini UNEC-ə başqası təqdim edə bilərmi?

Əcnəbi tələbə orijinal sənədlərini özü təqdim etməlidir. İstisna hallarda tələbənin sənədlərini notarial qayda da təsdiq olunmuş etibarnaməsi olan şəxs təqdim edə bilər.

Təhsil müqaviləsini başqası imzalaya bilərmi?

Müqaviləni yalnız əcnəbi tələbənin özü imzalamalıdır.

UNEC-də təhsil almaq üçün dil biliklərini təsdiq edən sertifikat tələb olunurmu?

UNEC-də təhsil almaq üçün dil biliklərini təsdiq edən sertifikat tələb olunmur.

Apostil nədir?

Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər.

Diplomların apostil olması nə deməkdir?

Baklavr və magistratura məzunları diplomlarını öz ölkələrinin Xarici İşlər Nazirliyində apostil etdirməlidirlər.

Sənədlər nə vaxt qəbul olunmaya bilər?

Əgər tələb olunan sənədləri natamam təqdim etsəniz, sənədlərdən heç biri real deyilsə sənədlər qəbul edilməyəcəkdir.

Təhsil vizası ilə ölkəyə gəlmək vacibdirmi?

Ölkəyə təhsil vizası ilə gəlmək mütləqdir.Çunki, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi prosesində çətinliklərlə üzləşə bilər.

Təhsil vizasının müddəti nə qədər olmalıdır?

30-gün müddətinə qəbul əmrinin verilməsi mümkün olmadığından, namizədlər çalışmalıdır ki, təhsil vizasını 60 gün müddətinə əldə etsinlər.

UNEC-də tələbə yataqxanası varmı?

Hal-hazırda UNEC-də tələbə yataqxanası fəaliyyət göstərmir.

Bakı şəhərində yerləşməni nece edə bilərəm?

Ümumilikdə, Bakı şəhərində həm xarici, həm də yerli tələbələr üçün uyğun qiymətə icarəyə mənzillər, tələbə yataqxanaları mövcuddur. Bakı şəhərində icarə mənzillərin qiyməti yerləşdiyi rayondan asılı olaraq dəyişir. İcarəyə mənzillər qiyməti 250-500 AZN arasında dəyişir. Qeyd olunan məsələ ilə bağlı Beynəlxalq Əməkdaşlıq Departamenti Sizə yardım göstərə bilər.

UNEC-də dərslər nə vaxt başlayır?

Hər il universitetdə tədris ili 15 sentyabrda başlayır.

I. Tələbə biletimi necə əldə edə bilərəm?

Tələbə bileti nə vaxt verilir?

UNEC-ə qəbul olunanlara tələbə biletləri dərs başlanan gün – sentyabrın 15-də fakültə nümayəndələri tərəfindən verilir.

Tələbə biletini təkrar və ya yenisini almaq üçün hara müraciət edilir?

Tələbə biletini yararsız hala salan, eləcə də hər hansı bir digər səbəbdən təkrar və ya yenisini almaq istəyən tələbə öz fakültə dekanlığına müraciət etməlidir. Onu itirən tələbə isə bu barədə respublika qəzetlərindən birində elan verdikdən sonra öz fakültə dekanlığına müraciət etməlidir.

II. Fərdi tədris planı (FTP) nədir və o, necə tərtib olunur?

Fərdi tədris planı (FTP) nədir?

Hər tədris ili üçün tələbələrin fərdi tədris planları (FTP) hazırlanır. Tələbələrin FTP-ləri müəyyən olunmuş forma üzrə onların özləri tərəfindən tərtib olunur. Bu zaman tyutorların köməyindən də istifadə oluna bilər. Tələbə FTP-ləri tərtib edilərkən onlara həm fənn, həm də yüksək ixtisaslı müəllimlərin seçilməsi imkanı yaradılır. FTP-lər iki nüsxədə tərtib edilir, bir nüsxəsi tələbədə, digəri isə fakültədə saxlanılır.

Birinci tədris ili üçün FTP necə hazırlanır və tələbələrə nə vaxt təqdim edilir?

Universitetə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün fakültə tərəfindən FTP hazırlanır və sentyabrın 10-na qədər tələbələrə təqdim edilir.

Növbəti tədris ilində FTP necə hazırlanır və tələbələrə nə vaxt təqdim edilir?

Növbəti tədris ilində tələbələr ixtisasın (ixtisaslaşmalar) tədris planı əsasında öz FTP-ni hazırlayır, zəruri hallarda tyutor ilə bu barədə məsləhətləşmələr aparır, onu imzalayır, tarixi qeyd edir (yay semestrində iştirak edib-etməməsindən asılı olmayaraq) və iyul ayının 5-dən 15-nə qədər fakültəyə təqdim edir. Növbəti tədris ili üçün tələbənin FTP-si tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir.

FTP-də necə düzəliş etmək olar?

Tələbə sentyabrın 10-na qədər FTP-nə öz düzəlişini edə bilər. Sonradan FTP-də heç bir dəyişiklik aparılmasına icazə verilmir. Yalnız payız semestrində akademik borcu yaranan tələbələr qış tətilinin ilk həftəsində FTP-də müvafiq düzəliş edə bilərlər.

III. Kredit sistemində tələbənin biliyi necə qiymətləndirilir?

Biliyin qiymətləndirilməsi hansı sistemlə tənzimlənir?

Biliyin qiymətləndirilməsinin çoxballı sistemi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli 1060 saylı əmri ilə təqdiq edilmiş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında ƏSASNAMƏ” ilə tənzimlənir.

Balların maksimum miqdarının bölgüsü necə müəyyənləşdirilir?

Tələbənin hər bir fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı tələbənin semestr ərzindəki fəaliyyətə (cari qiymətləndirmə), digər yarısı isə imtahanın nəticələrinə görə (aralıq) toplanır.

Balların maksimum miqdarının bölgüsü aşağıdakı kimi müəyyənləşdirilir:

– 50 bal imtahanın nəticəsinə görə;

– 10 bal dərslərə davamiyyətinə görə;

– 10 bal tələbənin sərbəst işinə görə;

– 20 bal seminar (məşğələ) dərslərinin nəticələrinə görə; (fənn üzrə seminar məşğələsi nəzərdə tutulmadığı halda 20 bal laboratoriya dərslərinin nəticələrinə əlavə edilir).

– 10 bal laboratoriya dərslərinin nəticələrinə görə; (fənn üzrə laboratoriya dərsləri nəzərdə tutulmadığı halda 10 bal seminar balına əlavə edilir).

Qrup jurnalında dərsdə iştirak etməyən tələbələrə həmin saata “q/b”, sorğulara cavab verənlərə müvafiq “bal”, dərsdə iştirak edən, lakin qiymət almayanlara isə “i/e” yazılmalıdır.

İmtahanaqədərki və imtahan ballarının hesablanma qaydası necədir?

UNEC-də imtahanaqədərki və imtahan ballarının hesablanma qaydası aşağıdakı kimidir:

Əyani təhsilalma forması üzrə

– fənn üzrə davamiyyətə görə – 10 bal;

– sərbəst işlərə görə – 10 bal;

– I kollokvium – 10 bal;

– II kollokvium – 10 bal;

– III kollokvium – 10 bal (kollokviumun qiyməti semestr ərzində seminar məşğələlərində toplanan balların orta qiyməti alınaraq hesablanır);

– imtahanın nəticəsinə görə – 50 bal.

Fənn üzrə davamiyyətə görə ballar necə müəyyənləşdirilir?

Semestr ərzində fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.

Dərsdə davamiyyətə görə verilən maksimum bal 10-dur. Balın miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:

– tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir;

– semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan tam 10%-nə 1 bal çıxılır.

Sərbəst iş nədir və necə qiymətləndirilir?

Tələbənin sərbəst işinin növünü və formasını (fərdi, komanda, qrup tapşırığı və s.) fənni tədris edən müəllim müəyyənləşdirir.

Ayrı-ayrı fənlər üzrə tələbəyə sərbəst işə görə verilən balın maksimum həddi 10-dur.

Fənni tədris edən müəllim tərəfindən sillabusda hər hənsı xüsusi forma müəyyən edilməmişdirsə, tələbəyə semestr ərzində hər fənn üzrə 4-cü tədris həftəsindən 14-cü həfətəyə qədər 10 sərbəst iş tapşırığı verilir.

Hər bir tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst işlərin həcmi 2-3 səhifədən artıq olmamaq şərti ilə əlyazma və ya çap şəklində ola bilər.

Sərbəst işlərin yoxlanılması və qəbulu müəllim tərəfindən dərsdən kənar vaxtda həyata keçirilir və növbəti semestrin əvvəlinə qədər hər bir fənn üzrə müvafiq kafedrada saxlanılır.

Həftə ərzində eyni fənn üzrə 1 sərbəst işdən artıq tapşırıq verilməsi qəti qadağandır.

Kollokvium necə təşkil olunur və kollokvium balları necə hesablanır?

Kollokviumlar akademik təqvimə uyğun olaraq hər semestrdə 2 dəfə təşkil olunur. Hər kollokvium 10 bal ilə qiymətləndirilir. Seminar ballarının orta qiyməti 3-cü kollokvium qiyməti olaraq qəbul edilir. Seminar (məşğələ) dərslərində tələbənin jurnalda ən azı 3 dəfə qiyməti (kollokviumlar, frontal sorğular, praktiki məsələnin həlli və s.) olmalıdır. Əks təqdirdə tələbə seminara ayrılmış balı toplamamış hesab olunur.

Kollokviumda iştirak etməyən tələbəyə 0 bal yazılır.

Seminar (məşğələ) və laboratoriya dərslərinin nəticələrinə görə bal necə hesablanır?

Fənlər üzrə seminar (məşğələ) və laboratoriya dərsləri tələbənin dərsi mənimsəməsini asanlaşdırmaq və praktik məsələlərin həllində vərdiş aşılamaq məqsədini daşıyır və bu növ tapşırıqların yerinə yetirilməsinə verilən balların maksimum həddi 10-dur. Eyni fəndən həm seminar (məşğələ), həm də laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılır.