piriyeva_fotofəl.f.d., dos. Piriyeva Günay Rza qızı

06 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun (indiki Az.Res.Prezidenti yanında İdarəçilik Akademiyası) «Sosialogiya və Sosial idarəetmə» fakültəsini Sosiologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2005-ci ildə AMEA-nın «Qloballaşma və İnformasiya cəmiyyətinin fəlsəfi problemləri» şöbəsində dissertantlığa qəbul edilmişdir.

2011-ci ildə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun nəzdindəki D.01.115 Dissertasiya şurasında müdafiə etmişdir və 2013-cü ildə Az.Res.Prezidenti yanında AAK-nın qərarı ilə fəlsəfə üzrə fəlsəfə doktoru, elmi dərəcəsi almışdır.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun «Politologiya, sosiologiya və hüquq» kafedrasında 0,5 ştat laborant vəzifəsində qəbul edilib.

 

*

2001-2006-cı illərdə «Politologiya və Sosiologiya» kafedrasında baş laborant vəzifəsini tutub.

2006-cı ildən «Politologiya və Sosiologiya» kafedrasında müəllim vəzifəsində çalışıb.

Hazırda “Politologiya” kafedrasının dosentidir.

30-a yaxın elmi-metodiki əsərin müəllifidir.

Ailəlidir, iki övladı var.

DSC_6285-001