elfane_dizaynfəl.f.d., dosent Qasımova Elfanə Nəsimi qızı

1978-ci ildə Bakı şəhərində anadan olub.

1994-cü ildə Bakı şəhəri, Nəsimi rayonu 28 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib.

1994-1998-ci illərdə Bakı Əmtəəşunaslıq-Kommersiya İnstitutunun “Toxuculuq və yüngül sənaye mallarının bədii layihələndirilməsi” (dizayn) ixtisası üzrə təhsil almış, bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

1998-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Toxuculuq və yüngül sənaye mallarının bədii layihələndirilməsi” (dizayn) ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.

2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Dizayn» kafedrasının assistenti, 2003-cü ildən həmin kafedranın baş müəllimi vəzifəsində çalışıb.

2004-2008-ci illərdə 09.00.11. – “Sosial fəlsəfə” ixtisası üzrə BDU-nun “Fəlsəfə” kafedrasının dissertantı olub.

26 sentyabr 2009-cu ildə “Dizaynın sosial funksiyaları” mövzusunda fəlsəfə üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib və  Azərbaycan Respublikasının Prezidenti Yanında AAK-nın 3 noyabr 2010-cü il tarixli (protokol № 34-k) qərarı ilə ona fəlsəfə üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir.

2012-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Dizayn» kafedrasının dosenti vəzifəsində çalışır.

Azərbaycan Respublikasının Prezidenti Yanında AAK-nın 2 dekabr 2014-cü il tarixli (protokol № 34-k) qərarı ilə ona Dizayn kafedrası üzrə dosent elmi adı verilmişdir.

2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təhsilin inkişafındafı xidmətlərinə və yüksək kadrların hazırlanması sahəsində naliyyətlər əldə etdiyinə görə “Fəxri Fərmanla” təltif olunub.

2020-ci ildə Azərbaycan RespublikasıTəhsil Nazirliyi  tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə  “Qabaqcıl Təhsil İşçisi Döş Nişanı” ilə təltif olunub.

Hazırda UNEC-in “Dizayn” kafedrasının müdiridir.

100-dən çox elmi əsərin müəllifidir.

Ailəlıdir, iki övladı var.

DİL BİLİKLƏRİ

Azərbaycan/ Rus

ƏLAQƏ

e-mail: [email protected]

+(994) 012 492 59 03 (13-22)

ÜNVAN

III Tədris Binası

AKADEMİK PROFİLLƏR

SCOPUS

GOOGLE SCHOLAR

RESEARCH GATE

ORCID

PUBLONS

TƏDQİQAT SAHƏLƏRİ

Dizayn (sahələr üzrə)

Moda industriyası

Təsviri incəsənət nəzəriyyəsi

Dekorativ-tədbiqi incəsənət