fal_gulbahar_fotofəls.ü.f.d.,b/m. Əliyeva Gülbahar Rəhman

30 aprel 1960-cı ildə Quba rayonu II Nügədi kəndində anadan olub.

2 nömrəli Nügədi kəmd orta məktəbini müvəffəqiyyətlə başa vurub.

1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)  Tarix fakültəsinin əyani şöbəsinə daxil olub.
1982-ci ildə universiteti müvəffəqiyyətlə başa vuraraq Qubaya 2 saylı orta məktəbə təyinatla müəllim təyin olunub.

 

*

1985-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Quba filialının “Siyasi tarix” kafedrasına müəllim təyin olunub.

1985-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Siyasi tarix” kafedrasında müəllim vəzifəsində işləyib.

2000-ci ldən İqtisad Universitetinin “Fəlsəfə” kafedrasında baş müəllim vəzifəsində işləyir.

Fəlsəfə üzrə fəlsəfə doktorudur. 20-dək elmi məqaləsi, metodik vəsaiti, proqram və s. elmi əsərləri nəşr olunub.