FƏLSƏFƏ DOKTORU PROQRAMI ÜZRƏ «FƏLSƏFƏ» FƏNNİNDƏN QƏBUL İMTAHANI VERƏCƏK İDDİAÇILARIN NƏZƏRİNƏ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Xarici dil üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda 25 və  daha yuxarı bal toplamış iddiaçılar Fəlsəfə fənnindən qəbul imtahanını Təhsil Nazirliyinin  F-436 saylə 16 sentyabr 2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində verəcəklər.

*

İmtahan 3 mart 2021-ci il  tarixində   karantin qaydaları gözlənilməklə  saat 10-da keçiriləcəkdir.

ADNSU-ya daxil olma  saat 9:20-dan 9:50-dək davam edəcəkdir.

İmtahan sualları və proqramı buradan yükləyə bilərsiniz.

Doktoranturaya qəbul üzrə FƏLSƏFƏ fənnindən PROQRAM

“FƏLSƏFƏ” fənnindən Doktoranturaya qəbul imtahanı sualları

Экзаменационные вопросы для приема в докторантуру “Философия”