abdulhesenov_Tofiq“Azərbaycan dili” kafedrasının müdiri filologiya elmləri doktoru, prof. Əbdülhəsənli Tofiq Əbdüləziz oğlu

e-mail: [email protected]

1955-ci il dekabrın 30-da Neftçala rаyоnunun  Pirəbbə kəndində аnаdаn оlmuşdur.

1973-1981-ci illərdə Azərbaycan Dövlət Univеrsitеtinin (indiki Bakı Dövlət Univеrsitеti) filologiya fakültəsində oxumuş və fərqlənmə diplomu ilə bitirərək filoloq, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir.
2000-cı ildə Аzərbаycаn Dövlət İqtisаd Univеrsitеtinin Maliyyə-Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1972-1985-ci illərdə istehsalat yönümlü müəssisədə çalışmışdır. 1974-1976-cı illərdə hərbi xidmətdə olub.

1985-1990-cı illərdə “Gənclik” nəşriyyatının redaktoru işləyib. 1990-1992-ci illərdə Azərbaycan Ali Sovetinin orqanı -“Həyat” qəzetində şöbə müdiri olub. 1992-2002-ci illərdə Milli Məclis orqanı olan “Azərbaycan” qəzetinin şöbə müdiri vəzifəsində çalışıb.  1993-cü ildən  Azərbaycan Respublikası Prezident Aparatının “Respublika” qəzetində redaksiya müdiri vəzifəsində işləyib.

Namizədlik dissertasiya işini müdafiə edərək flologiya elmləri namizədi alimlik dərəcəsi almış, 2004-cü ildə isə dosent elmi adına layiq görülmüşdür.
2014-cü ildən filologiya elmləri doktoru, professordur.

1993-cü ildən Аzərbаycаn Dövlət İqtisаd Univеrsitеtinin “Azərbaycan dili” kafedrasında  müəllim, bаş müəllim, dоsеnt vəzifəsində çalışmışdır. Hаzırdа “Azərbaycan dili” kafedrasının müdiridir.

4 mоnоqrаfiyаnın, 5  dərslik, dərs vəsаiti, habelə müasir  Azərbaycan dilinin və ədəbiyyatının problemlərinə həsr olunmuş onlarla kitabın və monoqrafiyanın, ölкədə və хаricdə çаp оlunmuş 100-dən аrtıq elmi məqаlənin, həmçinin “Azərbaycan dili” və “İşgüzar Azərbaycan dili”  dərsliklərinin müəllifidir.

Respublikanın əməkdar mədəniyyət işçisidir. Rəsmi dövlət qəzetlərində 200-dən artıq publisistik məqaləsi  dərc olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin,  Jurnalistlər Birliyinin və Respublika İqtisadçılar İttifaqının üzvüdür. “Qızıl Qələm”, “Həsən Bəy Zərdabi” və “Araz Ali Ədəbi” mükafatları laureatıdır.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Аiləlidir,  üç övlаdı vаr.

TAG_4266tofiq7f695534d1-tofiq_1369???????????????????????????????DSC_0000???????????????????????????????

Elmi-metodiki əsərləri:

“Azərbaycan dili və nitq mədəniyyəti” (dərslik), “İşgüzar yazışmalar” (dərslik), “Azərbaycan dili və ədəbiyyatı” (dərslik), “İşgüzar Azərbaycan dili” (dərslik), “Azərbaycan istiqlal poeziyası” (monoqrafiya), “Poetik sözün vüsəti” (monoqrafiya), “Vətəndaş yanğısı” (monoqrafiya), “İstiqlal işığında” (monoqrafiya), “Müasir Azərbaycan poeziyası” (monoqrafiya), “Azərbaycan dili” (dərs vəsaiti), “Azərbaycan dili” (metodik vəsait), “Dilimiz-varlığımız” (dərs vəsaiti), Azərbaycan dili və nitq mədəniyyəti” (proqram), “İşgüzar yazışmalar” (proqram), “Azərbaycan dili” fənni proqramı, “İşgüzar Azərbaycan dili” fənn proqramı, “Diplomatik Azərbaycan dili”  fənni üzrə proqram, “Azərbaycan  dili” (Cəmiyyətin iqtisadi təkamül mərhələsi ədəbi proses və söz yaradıcılığı), “İqtisadiyyat da poeziyadır” adlı publisistik və ədəbi-tənqidi məqalələr topluları və s.
Ölkədə 150-dən çox, xaricdə isə 25 elmi məqaləsi, (3-ü istinad indeksi olan jurnallarda), beynəlxalq konfranslarda 8 çıxışı nüfuzlu elmi jurnallarda çap olunmuşdur.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

tofiq_0617IMG_0619IMG_0618IMG_0320IMG_0330tofiqqb3117d18e93b2c8

prof. T.Əbdülhəsənli  UNEC NEWS-da

UNEC-də akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinə həsr olunan növbəti tədbir keçirilib (21.11.2019)
Əsərləri və şəxsiyyəti ilə əbədiyaşar ədib – İsmayıl Şıxlı (19.11.2019)
İmadəddin Nəsimi şeirlərində folklor qaynaqları (15.11.2019)
UNEC-də akademik Həmid Araslının 110 illik yubileyi qeyd edilib (14.11.2019)
UNEC-də akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd edilib(31.10.2019)
İsmayıl Şıxlı -100: Azərbaycanın görkəmli nasiri (30.10.2019)
UNEC-də Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi qeyd olunub (17.10.2019)
UNEC-də görkəmli akademik Həmid Araslının 110 illik yubileyi qeyd edildi (10.10.2019)

UNEC-də Nəsimi yaradıcılığına həsr olunan tədbir keçirilib (17.05.2019)
UNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirildi (24.04.2019)
UNEC-də Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir (AzərTAC – 21.02.2019)
UNEC tələbəsindən Hüseyn Cavidin ev muzeyinə hədiyyə – “Şərq günəşi” (13.03.2018)
UNEC-də konfrans: “Hüseyn Cavid irsi və müasir dövr” (01.03.2018)
Hüseyn Cavidin 135 illik yubileyi UNEC-də qeyd olunur (27.02.2018)
UNEC-in professoru: “Dilimizin Ana Kitabı” (02.02.2018)
UNEC regionlarda (16.05.2017)
UNEC-in professor-müəllim heyəti Türkiyə universitetlərinin təcrübəsindən danışdı (16.02.2017)
UNEC müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu (16.02.2017)
UNEC xarici universitetlərlə təcrübə mübadiləsi edir (13.02.2017)

UNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirildiUNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirildiUNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirildiUNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirilditofiqDSC04706

7389 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna