muradova_aynur_xaricifil.f.d. Muradova Aynur Vəliəddin qızı

28 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1993-cü ildə Azərbaycan Xarici Dillər İnstitutunun İnglis-Alman dilləri fakultəsinə qəbul olunmuş və 1997-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək, eyni ixtisas üzrə institutun magistraturasına qəbul olunmuşdur. 1999-cu ildə magistr dərəcəsinə layiq görülmüşdür.

2001-2002-ci tədris ilində ADİU-də saathesabı tədris yükü apardıqdan sonra “Xarici dil-1” kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir. 2002-2003-cü tədris ilindən həmin kafedranın müəllimi vəzivəsində çalışır.

*

2003-cü ildə İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə İxtisas artırma və Yenidən hazırlanma fakultəsinə qəbul olunmuş və buranı müvəffəqiyyətlə bitirmişdir.

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 03 iyul 2004-cü il tarixli 05 saylı iclasının qərarı ilə “İnglis Dilinin leksikası və üslubiyyatı” kafedrasına dissertant təhkim edilmişdir. Filologiya üzrə fəlsəfə doktorudur.

Hazırda UNEC-in “Xarici dillər” kafedrasının müəllimidir.

3 məqalənin müəllifidir.