nurlana_4608fiz.f.d., dos. Kərimova Nurlanə Kərim qızı

Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının dosentidir.

Dissertasiya işini müdafiə edib, fizika üzrə fəlsəfə doktorudur.

UNEC-in “Gənc Alimləri Şurası”nın üzvüdür.
2017-ci ilin noyabrında yaradılan UNEC Gənc Müəllimlər Şurasının üzvüdür.

2017-ci ilin iyulunda Azərbaycan Respublikasının Mərkəzi Bankı, AR Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun “2 Fevral – Gənclər Günü”ndə elan etdikləri “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinin nəticələri açıqlanıb. UNEC-in gənc alimləri bu müsabiqənin qalibi olublar. UNEC-in dosenti Nurlana Kərimovanın “Gənclərin maliyyə maarifləndirilməsi üçün model və yanaşmalar” məqaləsi III yerə layiq görülüb.