Fransa universitetinin nümayəndələri UNEC-də

03 MART 2016 | OXUNUB:
1163

Fransanın Leon şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan CEFAM (İnterational School of Business and Management) Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində Azərbaycan Dövlət İqtsad Universiteti (UNEC) ilə əməkdaşlığa başlayıb. Bu məqsədlə CEFAM-ın nümayəndə heyəti Valida Meçri və Ketrin Guillotun UNEC-ə gəliblər.

Bir həftə davam edəcək səfərin ilk günü UNEC-in Beynəlxalq əlaqələr departamentində qonaqlarla görüş keçirilib. Onlara UNEC haqqında ətraflı məlumat verilib və Erasmus+ proqramı çərçivəsində universitetlərarası əməkdaşlıq müzakirə edilib.

Həmçinin, CEFAM  nümayəndələri UNEC-in tədris prosesi ilə yaxından tanış olub və Beynəlxalq İqtisadiyyat Məktəbinin Mikroiqtisadiyyat dərsində iştirak ediblər. Dərsin təşkili prosesindən məmnun qalan qonaqlar UNEC müəllimlərinin peşəkar bilik və təcrübəyə, eyni zamanda tələbələrin yüksən potensiala malik olduqlarını qeyd ediblər.

CEFAM-ın nümayəndələri həmçinin UNEC-in professor-müəllim heyəti üçün Erasmus+ proqramının şərtləri və qaydaları haqqında təqdimat keçiblər. Təqdimatın sonunda müəllimləri maraqlandıran sullar cavablandırılıb.

1164 1