elshan_4490i.e.d., prof. Hacızadə Elşən Mahmud oğlu

1961-ci il avqustun 9-da Azərbaycan Respublikasının Siyəzən şəhərində anadan olmuşdur.

*
Təhsili:

1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) uçot-iqtisad fakültəsini bitirmiş, iqtisadçı-mühasib ixtisası almışdır.

Əmək fəaliyyəti:

1982-1997-ci illərdə Azərbaycanın Yanacaq Enerji Kompleksində (ARDNŞ-in H.Z.Tağıyev adına Neftqazçıxarma Idarəsində, Quruda Neftqazçıxarma İstehsalat Birliyi, “Azəriqaz” QSC) maliyyəçi, mühasib və iqtisadçı peşələri üzrə müxtəlif vəzifələrdə işləmişdir.

1997-2006-cı ilərdə elm və təhsil sahəsində təyinatlı və seçkili olan (Azərbaycan İqtisadçılar İttifaqında ekspert, AMEA-nın İqtisadiyyat İnstitutunun struktur dəyişikləri sektorunun müdiri, Azərbaycan Dövlət İqtisad Universitetinin Sosial-İqtisadi Elmi-Tədqiqat laboratoriyasının müdiri, Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan Regionlarının İnkişaf Problemləri üzrə Elmi Araşdırma və Konsaltinq Mərkəzinin direktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr Hazırlığı Mərkəzinin direkitor müavini) bir sıra vəzifələr tutmuşdur.

2009-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun “Makroiqtisadi inkişaf və iqtisadi artım” şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır.

2010-cu ildən “Azərbaycanın vergi jurnalı”nın baş redaktorudur.
*

www.elshanhajizadeh.com

 

 

Elmi dərəcə və adları:

1.İqtisad elmləri namizədi. 1998-ci ildə «Quruda neftqazçıxarma sənayesində iqtisadi islahatlar və onların təkmilləşdirilməsi problemləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır [İxtisas: 08.00.05-Xalq təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmsının təşkili (sənaye)].

2.İqtisad elmləri doktoru. 2005-ci ildə «Azərbaycanın quru ərazilərində neft və qaz hasilatının artırılması problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır [İxtisas: 08.00.05-Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi)].

3.Dosent – diplom DS№03505 2010. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı (protokol № 16-R 20.04.2010).

4.Professor – diplom PR№01291 2013. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı (protokol № 16-R 16.11.2013).

Xarici elmi dairələrdə təmsilçilik:

Beynəlxalq Elmlər Akademiyasının Akademiki.
Beynəlxalq Nəqliyyat Akademiyasının Akademiki.

Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü.
Beynəlxalq İqtisadçılar İttifaqının üzvü.

Elmi yaradıcılığı və pedaqoji fəaliyyəti:

205 elmi əsər (290,8 ç.v.), o cümlədən, 9 monoqrafiya, 1 dərslik, 1 dərs vəsaiti, 3 tədris proqramı, 6 metodik vəsait, 12 braşur, 30-dək müxtəlif ictimai məzmunlu məqalələrin müəllifidir.

Xarici dövlətlərdə keçirilən beynəlxalq konfrans, simpozium və konqreslərdə 30-dan çox elmi məqalələrlə çıxış etmiş və əsərləri müvafiq olaraq bir sıra ölkələrin elmi nəşrlərində çap olunmuşdur.

1997-2010-cu illərdə “Təfəkkür” Universitetində müəllim vəzifəsinidə işləmiş,
2010-2015-ci illərdə UNEC-in “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının professoru olmuş, 2015-ci ildən hazıra kimi “Beynəlxalq iqtisadiyyat” kafedrasının professoru vəzifəsində çalışır.