UNEC-in Türk Dünyası İqtisad Fakültəsinə yeni dekan təyin olunduTUDİFAK-ın dekanı Prof.Dr.Hayati Beşirli 

Hayati Beşirli Hacettepe Universitetinin sosiologiya ixtisasını bakalavr üzrə bitirib.
1998-ci ildə həmin universitetdən sosiologiya ixtisası üzrə magistratura, 2003-cü ildə isə doktorantura dərəcəsi üzrə məzun olub.

H.Beşirli Hacettepe, Sakarya, Qazi və Manas universitetlərində pedaqoji fəaliyyətlə məşğul olub, kafedra müdiri, Magistratura və Doktorantura mərkəzinin direktoru vəzifələrində çalışıb.

Türkiyədə və xaricdə türkoloji, sosial elmlər, mədəniyyətlərarası qarşılıqlı əlaqələr, qloballaşma, regional inteqrasiya və digər mövzulara həsr olunan beynəlxalq konfranslarda çıxış edib. Türkiyənin nüfuzlu dərgilərində çoxsaylı elmi məqalələri dərc olunub. Hayati Beşirli müəllifi olduğu “Türk Cumhuriyetleri Öğrencilerinin Türk Dünyasına Bakışları” kitabına görə Türk Dünyası Yazarlar ve Sənətçilər Vəqfinin (TÜRKSAV) mükafatını qazanıb. Ankara Hacı Bayram Veli universitetində professor olub.

*

UNEC-in Türk Dünyası İqtisad Fakültəsinə yeni dekan təyin olunduUNEC-in Türk Dünyası İqtisad Fakültəsinə yeni dekan təyin olunduUNEC-in Türk Dünyası İqtisad Fakültəsinə yeni dekan təyin olundu