Həsənova Mətanət Samik qızı 

Həsənova Mətanət Samik qızı  07 noyabr 1976-ci ildə Bakı səhərində anadan olmuşdur.
1992-cü ildə  213 saylı orta məktəbi bitirmişdir.

 1993-cü ildə  Azərbaycan Dövlət İqtisad İnstitutunun  “Uçot-iqtisad” fa­kül­təsinin “Mühasibat uçotu və audit” ixtisasına qəbul olunmuş,1998-cu ildə isə bakalavr dərəcəsi üz­rə bitirmişdir. 2002-ci ildə  Azərbaycan Dövlət İqtisad Universitetinin    ma­gistratura pilləsinə qəbul olunmuş və 2005- ci ildə “Gömrük işinin təşkili” ix­ti­sa­sı üzrə  fərqlənmə diplomu ilə bitirmiş və magistr dərəcəsi almışdır.

“Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi “ kafedrasında baş laborant vəzifəsində calişmış,  2011 –ci ildən  saat hesabı dərsləri aparmışdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 02.11.2015-ci il tarixdən “Sosial sferanın  iqtisadiyyatı və idarə edilməsi   ” kafedrası üzrə 05 ştat müəllimə vəzifəsinə tövsiyyə edilmişdir. O, “Sosial sahələrin iqtisadiyyatı”, “Təhsil sferasının iqtisadiyyatı”, “Peşə etikası və etiket” fənlərini tədris edir.

 

2016-ci ildən “Az.ETKTİ və Tİ”  dissertanturaya qəbul olmuşdur.

5312.01-“Sahə  iqtisadiyyatı ” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  “İxrac yönümlü kənd təsərrüfatı istehsalının inkişaf problemləri” adlı  dissertasiya işini yekunlaşdırmışdır. 14 məqalə və tezisin müəllifidir.

Ailəlidir, iki övladı var.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI