Məhəmməd Aydın oğlu Hüseynli e-mail: [email protected]
23 iyun 1996-cı ildə Ağdaş rayonunun Yuxarı Qəsil kəndində anadan olmuşdur.
2002-ci ildə Ağdaş rayon Yuxarı Qəsil kənd orta məktəbinə daxil olmuş, 2013-cü ildə həmin məktəbi bitirmişdir. 11-ci sinifdə millət vəkili Çingiz Əsədullayev tərəfindən şagirdlər arasında fərqlənməyə görə əlaçılıq təqaüdünə layiq görülmüşdür.
2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi” ixtisasına qəbul olmuş, 2017-ci ildə bakalavr pilləsində təhsilini bitirərək, Azərbaycan Texniki Universitetinin magistratura pilləsinə “İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi” ixtisasının “İnformasiya Mühafizəsi və Təhlükəsizliyi” ixtisaslaşmasına qəbul olmuş, 2019-cu ildə təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdır.
Müxtəlif illərdə özəl şirkətlərdə çalışmış, 2021-ci ildən AzTU -nun “HUB İnkubasiya və akselorasiya” şöbəsində mütəxəsis olaraq fəaliyyətə başlamış, 2021-ci ilin noyabr ayından AzTU-nun “3D texnologiyaları və elektronika” laborotoriyasının rəhbəri təyin olunmuş və 2024-cü ilə qədər işləmişdir .
*
*
2021-ci ildə Azərbaycan Texniki Universiteti ilə Türkiyə Respublikasının Qazi Universitetinin təcrübə proqramı çərçivəsində Qazi Universitetində tədqiqat sahəsi üzrə araşdırma aparmışdır.
2022-ci ildən AzTU-nun “Kibertəhlükəsizlik” kafedrasının müəllimidir.
2024-cü ildən UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimidir.
Dövlət İmtahan Mərkəzinin ekspertidir.
10.04.2026-cı il tarixində Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində aparılan islahatların uğurla həyata keçirilməsində, Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyi münasibətilə Mərkəzin fəaliyyətinə verdiyi töhfələrə görə Fəxri Fərmanla təltif edilmişdir.
Bir çox beynəlxalq və respublika elmi konfranslarında iştirak edib, 4 kitab, 1 test toplusunun həmmüəllifi, 3 fənn proqramının və 7 elmi məqalənin müəllifidir.