1982-ci ildə anadan olmuşdur.
1998-ci ildə Bakı şəhəri Nizami rayonu 238 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir.
2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisasının bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisasının magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2006-2009-cu illərdə İqtisad Universitetinin “Maliyyə” kafedrasının əyani aspirantı olmuşdur.
2013-cü ildə “Xarici dövlət borclarının ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda dissertasiya işini müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 27 yanvar 2015-ci il tarixli qərarı ilə ona iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
8 elmi məqaləsi, 2 tezisi, o cümlədən bir məqaləsi xaricdə çap olunmuşdur.
Dərsliklərin və metodiki vəsaitlərin hazırlanmasında iştirak etmişdir.
Bir sıra müəssisə və şirkətlərdə mühasib və tərcüməçi kimi çalışmışdır.
*
2009-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır.
13.01.2020-ci il tarixinə kimi UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının 0,5 ştat üzrə baş müəllimi olub.
13.01.2020-ci il tarixinə kimi Maliyyə və mühasibat fakültəsinin dekan müavini vəzifələrində çalışıb.
*
Məktəblilərin “UNEC-də bir gün” layihəsinə marağı artır (20.12.2017)
Azərbaycanın İslam dünyasında yeri və rolu (19.04.2017)
UNEC müəlimlərinin dissertasiyaları Siegen universitetinin doktorantlar şurasında müzakirəyə çıxarılıb (15.12.2016)