Baxis sekil 1Hüseynov Baxış Fərruz olğlu

1973-cü ilin oktyabrında Beyləqanın Şərq qəsəbəsində anadan olub. 1990-cı ildə qəsəbədəki orta məktəbi bitirərək, Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki UNEC) Maliyyə-iqtisad fakültəsinə qəbul olunub. Baxış dərsləri ilə yanaşı, ictimai fəaliyyəti, eyni zamanda xüsusi istedadı ilə də qrup yoldaşlarından fərqlənib. Ancaq Dağlıq Qarabağda müharibə alovlandıqda Baxış təhsilini yarımçıq qoyub, könüllü olaraq döyüşə yollanıb.

Ağburun yüksəkliyində il yarım ən qaynar döyüşlərdə iştirak edən Baxış 1993-cü il, sentyabrın 23-də düşmən hücumunun qarşısını almağa cəhd edərkən, qəhrəmancasına həlak olub. Baxış Hüseynov öz ölümü ilə həm də səkkiz döyüşçü yoldaşının həyatını xilas edib. Baxışın nəşini döyüş meydanından iki gün sonra tapmaq mümkün olub. Sentyabrın 25-də doğulub böyüdüyü Beyləqan rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.

Baxis eskerlik sekli  Baxis sekli 2 Baxis telebe bileti Baxis usaqliq sekli