e-mail: r.huseynova@unec.edu.az
23 avqust 1974-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.
1981-ci ildə Sumqayıt şəhər 28 saylı orta məktəbə daxil olmuş, 1991-ci ildə isə Sumqayıt şəhər 33 saylı orta məktəbi bitirmişdir.
1991-ci ildə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) İstehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsinin “Menecment” ixtisasına daxil olmuş və 1996-cı ildə bitirmişdir.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi informasiya sistemləri və texnologiyaları” kafedrasında böyük laborant vəzifəsində işə başlamışdır.
2010-cu ildən “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasında saathesabı ilə dərs yükü yerinə yetirmişdir. Bir müddət əmək müqaviləsi ilə müəllim vəzifəsində çalışmışdır. 2016-cı ildən həmin kafedranın tam ştat müəllimidir. 2012-ci ildən UNEC-in dissertantıdır.
*
21 yanvar 2019-cu ildən Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentində şöbə müdiri vəzifəsində çalışıb. Hazırda UNEC-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiridir.
“Rəqəmsal iqtisadçı” tələbə elmi dərnəyinin rəhbəridir.
Azərbaycanda və xaricdə ümumilikdə 10 məqaləsi və 11 tezisi çap olunmuşdur.
1 metodik vəsaitin və 3 fənn proqramının həmmüəllifidir.
Ailəlidir, iki oğlu var.
UNEC müəllimləri üçün qış məktəbi başa çatıb (15.02.2017)