1946-cı ildə Şəki şəhərində anadan olmuşdur.
1970-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İstitutunu, 1978-ci ildə isə bu institutun aspiranturasını bitirmişdir.
1981-ci ildə Kiyev Ticarət-iqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsini qazanmışdır.
Xalq Təsərrüfatı İnstitutunda baş laborant vəzifəsindən başlayaraq müxtəlif illərdə müəllim, baş müəllim, “Ticarət-əmtəəşünaslıq” fakültəsinin dekan müavini, “Kommersiya” və “Beynəlxalq iqtisadi münasibətlər” fakültələrinin dekanı vəzifələrində çalışmışdır.
2005-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Magistratura Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.
2005-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsrin tanınmış ziyalısı” Beynəlxalq diplomu ilə təltif edilmişdir.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsildə əldə etdiyi nailiyyətlərə görə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.
27 sentyabr 2011-ci ildə «Tərəqqi» medalına layiq görülmüşdür.
Xarici ölkələrdə keçirilən bir çox beynəlxalq konqres və simpoziumlarda ölkəmizi təmsil etmişdir.
100-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, dərs vəsaiti, metodiki göstəriş və elmi məqalənin müəllifidir.
Ailəlidir, bir övladı var.