i.e.d., prof. Abbasov Qəzənfər bux_qazan_fotoƏli

25 may 1938-ci ildə Yevlax rayonunun Qaraməmmədli kəndində anadan olub.

1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.

1954-cü ildən 1967-ci ilə kimi müxtəlif dövlət müəssisə və təşkilatlarında mühasib  və baş mühasib vəzifələrində işləyib.

1967-ci ilin mart ayından hal-hazıra kimi  Azərbaycan Xalq Təsərrüfatı  İnstitutunun (indiki Azərbaycan Dövlət  İqtisad Universitetinin) “Mühasibat uçotu” kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrində işləyib.

1981-ci ildə Leninqrad Ticarət institutunun qiyabi aspiranturasına daxil olub.

1984-cü ildə Voznesenski adına Maliyyə İqtisad  İnstitutunda  namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri  namizədi alimlik dərəcəsi alıb.

 

*

1986-cı ildən dosent vəzifəsinə, 1994-2000-ci illərdə işlədiyi kafedranın müdiri vəzifəsinə seçilib.

2000-2008-ci ilədək kafedranın dosenti, 2008-ci ildən isə  doktorluq işi  müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi alıb, 2009-cu ildə kafedranın professoru seçilib.

Hazırda UNEC-in “Mühasibat uçotu və audit” kafedrasının professorudur.

12 dərslik,  4 monoqrafiya, 8 elmi-metodiki  vəsait, 395 elmi məqalənin müəllifidir.

1993-cü ildən “Maliyyə və uçot” jurnalının baş redaktoru vəzifəsini yerinə yetirir.

Evlidir, üç övladı və nəvələri var.