cog_arif_fotot.e.n. Hacıyev Arif Əziz oğlu

19 dekabr 1937-ci ildə Füzuli rayonunun Yuxarı Cüzdək kəndində anadan olmuşdur.

1959-1961-cu illərdə Bakı Neft texnikumunda təhsil almışdır.

1961-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunun Avtomatika və Telemexanika fakultəsinə daxil olmuşdur.

1966-cı ildə Azərbaycan Baş Enerji idarəsinə mühəndis elektrik vəzifəsinə qəbul olunmuşdur.

 

*

1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna baş laborant vəzifəsinə dəvət olunmuşdur.

1980-cı ildə Ufa Aviasiya İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Texnika elmləri namizədidir.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin «Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı» kafedrasında dosent-məsləhətçidir.

Ailəlidir,  üç övladı var.