menec_heydar_fotoi.e.d., prof. Həsənov Heydər Sərdar oğlu

18 noyabr 1962-ci ildə Bakı şəhərində anadan olub.

1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir.

1991-ci ildə Rusiyanın Leninqrad şəhərində N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunda namizədlik dissertsiyasını müdafiə edib.

1997-2012-ci illərdə “Menecment” kafedrasının dosenti olub.

2012-ci ildən İqtisad Universitetinin “Menecment” kafedrasının professorudur.

Azərbaycanda ilk dəfə holdinq şirkətləri, lizinq, müəssisələrin müflisləşməsi və sanasiyası haqqında elmi məqalələr yazıb.

 

*
100-dən artıq elmi və metodiki əsərlərin, o cümlədən: “İri sahibkarlıq strukturları” və “Korporativ idarəetmənin təməl daşları” monoqrafiyalarının müəllifi, “Menecment”, “Müasir menecment I və II ”, “Antiböhranlı idarəetmə”, “Dövlət və bələdiyyə idarəçiliyi”, “İdarəetmə qərarları” dərsliklərinin həmmüllifidir.

Evlidir üç övladı var.

Biznes və menecment fakültəsində tədris proseslərinin izlənilməsinə başlanılıb (05.10.2016)
UNEC professorları beynəlxalq konfransda çıxış ediblər (14.04.2016)

haydaraoto1konf5532